“Neftçi” “Zirə”yə qalib gəldibackend

"Neftçi" "Zirə"yə qalib gəldi

Misli Premyer Liqasının XIII turunda “Neftçi” “Zirə”yə qalib gəlib.

KONKRET.az xəbər verir ki, “Palms Sports Arena”da baş tutan oyun “ağ-qaralar”ın 1:0 hesablı qələbəsi ilə bitib.

Ev sahiblərinin heyətində Breno Almeyda fərqlənib. O, 8-ci dəqiqədə Lyubomir Tuptanın ötürməsini saxlamadan birbaşa qapıya göndərib.

Ardıcıl dördüncü qələbənin ardından xallarının sayını 30-a çatdıran “Neftçi” turnir cədvəlində liderliyini möhkəmləndirib. “Zirə” isə 20 xalla beşincidir.

Xatırladaq ki, turun açılış matçında “Şəfa” “İmişli”yə 3:1 hesabı ilə qalib gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*