Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda dərman vasitəsinin gömrük nəzarətindən yayındırılması cəhdinin qarşısını alıblar.
KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Moskva-Bakı reysi ilə gələn Rusiya Federasiyası vətəndaşının baqaj və əl çantaları üzərində gömrük nəzarəti tətbiq edilib.
Stasionar rentgen qurğusunda keçirilən baxış zamanı şübhəli təsvirlər müşahidə edildiyindən vətəndaşa məxsus baqaj və əl çantaları gömrük yoxlamasına cəlb olunub.
Yoxlama zamanı çantalardan gömrük orqanına bəyan edilməyən 5 adda 9900 həb və 250 iynədən ibarət dərman vasitələri aşkarlanıb.
