Balakəndə Belarus vətəndaşı ÖLDÜbackend

Balakəndə Belarus vətəndaşı ÖLDÜ

Azərbaycan-Gürcüstan sərhədinin Balakən rayonu ərazisində, Mazımçay Gömrük postunda ölüm hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə bu gün saat 11 radələrində qeydə alınıb. Gürcüstandan Azərbaycan ərazisinə idarə etdiyi iri tonnajlı yük avtomobili ilə keçən, Belarus vətəndaşı, 1975-ci il təvəllüdlü Aleksandr Fusevin halı qəfildən pisləşib və elə orada keçinib.

Hadisə yerinə gələn həkim briqadasının ilkin rəyinə görə, xarici vətəndaş ürək tutmasından ölüb. Meyit müayinə edilmək üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*