İspaniya Mülki Qvardiyası krallığa Cənubi Amerikadan külli miqdarda narkotik vasitələrin idxalı ilə məşğul olan cinayətkar qrupun fəaliyyətini dayandırıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının yaydığı press-relizdə deyilir.
Qeyd olunub ki, kokain İspaniyaya Alxesiras limanı (Əndəlüs muxtar icması) vasitəsilə daxil olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat zamanı banan qutularında narkotik vasitəni ölkəyə gətirməyə cəhd edən 13 nəfəri saxlayıb.
Mülki Qvardiyanın məlumatına görə, qara bazarda dəyəri 233 milyon avronu keçən 6,5 tondan çox kokain müsadirə edilib.
İqbal Rzayev,
KONKRET.az
