Baqrat Yesayan: “Yaxşı ki, məni Kennedinin öldürülməsinə və Şuşaya görə ittiham etmədilər”backend

Baqrat Yesayan: “Yaxşı ki, məni Kennedinin öldürülməsinə və Şuşaya görə ittiham etmədilər”

Xəbər verdiyimiz kimi, dünən saxlanılan Ermənistanın “Yerkir Media” teleşirkətinin direktoru Baqrat Yesayan artıq azadlıqdadır. Onun həbsi ilə bağlı vəsatət verilsə də təmin edilməyib.

KONKRET.az xəbər verir ki, bu barədə informasiya erməni mətbuatında yer alıb.

“Düşünürəm ki, bu, həqiqətən də qələbədir. 44 nəfərdən ibarət istintaq qrupunun həbsim barədə vəsatət qaldırması, cinayət işi başlanması, 20 ay sonra isə məhkəməyə müraciət etməsi sadəcə gülüncdür.

Biz ölkədə çoxsaylı ədalətsiz, qeyri-qanuni qərarların şahidi oluruq, lakin mənim işimlə bağlı bu hakim yeganə mümkün ədalətli qərar qəbul etdi”, – Baqrat Yesayan jurnalistlərə müsahibəsində bildirib.

Saxlandıqdan cəmi 10 saat sonra müstəntiqin həbslə bağlı vəsatət verməsi, vəsatətə gecə saat 04:00-da baxılması onun üçün sürpriz olub.

“Həqiqətən, məhkəmədə təqdim olunanlar absurd idi. Təkcə məni Kennedini öldürməkdə və Şuşanın azərbaycanlılar tərəfindən geri alınmasında ittiham etmək qaldı. Yaxşı ki, bu işlərə görə həbs edilmədim. Hazırkı cinayət işi isə yalnız bir epizod üzərində qurulmuşdu.

“Müqavimət” hərəkatının fəallaşdığı aprel ayından “Yerkir Media” teleşirkəti son siyasi hadisələrin işıqlandırılmasını kəskin surətdə gücləndirmişdi. Buna görə də cinayət işi qaldırıldı, ancaq 18 ay ərzində heç bir iş aparılmadı. Son günlərdə isə aktivləşdirildi. Əvvəlcə Gerasim Vardanyanı, sonra başqa adamları bu cinayət işinə “qoşmaq” istədilər. Hadisədən 20 ay sonra məhkəməyə belə absurd vəsatət verdilər”, – Baqrat Yesayan yekunlaşdırıb.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*