Kazanda barıt zavodunda mərmi maketi partlayıb.
KONKRET.az xəbər verir ki, partlayış Kazan Dövlət Barıt Zavodunun ərazisində baş verib.
Sınaq atıcısı ballistik sınaq binasına saxta mərmi gətirməli idi. Lakin o, birbaşa girişdə partlayıb. İşçinin sağ əli biləyindən qopub. O, xəstəxanaya yerləşdirilib.
Partlayışa nəyin səbəb olduğu məlum deyil.
Xuraman Etibarlı,
KONKRET.az
