Baş katiblərin cangüdənləri: SSRİ liderləri necə qorunurdu?backend

Baş katiblərin cangüdənləri: SSRİ liderləri necə qorunurdu?

Sovet İttifaqının rəhbərləri gecə-gündüz mühafizə olunurdu. Bunun üçün xüsusi bölmə yaradılmışdı. Lakin sovet rəhbərləri onlar üçün canını verməyə hazır olan insanlara laqeyd yanaşırdılar.

Вождей Советского Союза охраняли круглосуточно. Для этого сформировали специальное подразделение. Вот только советские главы относились к людям, готовым отдать за них жизнь, пренебрежительно.-2

Stalinin təhlükəsizliyi

1929-cu ildən sonra sovet rəhbərlərinin təhlükəsizliyi artırıldı. Stalini təkcə işdə və evdə deyil, həm də öz malikanəsində də mühafizə edirdilər. Ev 5 metr hündürlüyündə hasarla əhatə olunmuşdu. Hər növbədə 15 mühafizəçi var idi. Ümumilikdə heyətdə 50 mühafizəçi işləyirdi.

Tezliklə təhlükəsizlik rəisi Karl Pauker daha çox cangüdən işə götürdü. 1935-ci ildə 2-ci dərəcəli Dövlət Təhlükəsizliyi Müvəkkili vəzifəsini tutan Paukerə “xalq atası” böyük inamla yanaşırdı. Ancaq 1937-ci ildə naməlum səbəblərdən Beriyanın qəzəbinə tuş gələn Pauker gullələndi.

İosif Vissarionoviç hər il Soçiyə tətilə gedirdi. Adətən o, tətilə qatarla gedirdi. Mühafizəçilərlə dolu olan qatar bəs etmirdi. Ona görə də Soçidə Stalinin cangüdənlərinin sayı artırılırdı. Stalin marşrutlarını tez-tez dəyişirdi. O səfərlərdə gah gəmiyə minər, gah da avtomobildən istifadə edirdi. Onun hansı yolu seçəcəyini son ana qədər heç kim bilmirdi.

1954-cü ildə dövlətin yüksək vəzifəli şəxslərinin müdafiəsi DTK-nın 9-cu idarəsinə verildi. Onların vəzifələrinə SSRİ rəhbərini bütün tədbirlərdə və səfərlərdə müşayiət etmək daxil idi. Xüsusi təyinatlılar üçün ən çətin iş maşın karvanının mühafizəsi idi. Buna görə də əlavə olaraq xüsusi yol polisi bölməsi yaradılmışdı. Bu qrupun tabeliyində Volqa avtomobilləri və motosikletlər var idi.

Вождей Советского Союза охраняли круглосуточно. Для этого сформировали специальное подразделение. Вот только советские главы относились к людям, готовым отдать за них жизнь, пренебрежительно.-3

Xruşşovun təhlükəsizliyi

Zaman keçdikcə İttifaq rəhbərlərinin xarici səfərlərinin sayı artdı. Buna görə də 9-cu bölmənin işi çətinləşdi. Hər belə səfərdən əvvəl bir neçə DTK üzvü hadisə yerinə gedib vəziyyəti, yerli polisin işini və yol hərəkətini öyrənirdi.

Xruşşovun vaxtında aqressiv xüsusiyyətinə görə onunla işləmək xüsusilə çətin idi. O, təhlükəsizlik işçilərini demək olar ki, heç sevmirdi. Nədənsə Xruşşov onlara nifrətlə yanaşır, özünü itirir və daim onu ​​əhatə etmələrindən qıcıqlanırdı. Ona görə də cangüdənlər öz vəzifələrini yerinə yetirməkdə çətinlik çəkirdilər.

Yeri gəlmişkən, Kennedinin öldürülməsindən sonra Xruşşova açıq maşın sürmək qadağan edilmişdi.

Leonid İliç Brejnev isə üzməyi çox sevirdi. Üzgüçülük zamanı onu xüsusi sualtı mühafizəçilər qoruyurdu.

Bir gün həmin mühafizəçilərin diqqətsizliyi səbəbindən üzgüçülüklə məğşul olan zaman bir qadın xəbərdarlıq edilmədən Brejnevə yaxınlaşa bilmişdi. Sonradan məlum olmuşdu ki, o, ötən gündən onu suda gözləyirmiş. Brejnev mühafizəçilərə ona toxunmamağı işarə etmişdi. Qadın bu görüşdə Brejnevdən  sadəcə gündəlik problemləri ilə bağlı kömək istəyirdi.

Вождей Советского Союза охраняли круглосуточно. Для этого сформировали специальное подразделение. Вот только советские главы относились к людям, готовым отдать за них жизнь, пренебрежительно.-4

Günlərin bir günü Brejnev təyyarə istehsal edən zavoda getməli olur. Brejnev özünü yaxşı hiss etmədiyi üçün səfər təxirə salınır. Amma son anda o, fikrini dəyişir. Ona görə də ərazidə mühafizə sistemi düzgün təşkil edilməmişdi.  Təhlükəsizlik əməkdaşları son anda hərəkətə keçmişdi. Səfər zamanı sexlərdən birində metal konstruksiya çökmüşdü. Brejnevin cangüdənlərinə rəhbərlik edən zabitlərdən biri Brejnevi qorumaq istərkən kəllə-beyin travması almışdı. Baş katib də xəsarətdən yayına bilməmişdi. Onun da beyni silkələnmişdi.

Qorbaçovun təhlükəsizliyi

Вождей Советского Союза охраняли круглосуточно. Для этого сформировали специальное подразделение. Вот только советские главы относились к людям, готовым отдать за них жизнь, пренебрежительно.-5

Qorbaçov hakimiyyətə gələn kimi DTK-nın 9-cu bölməsi tamam yeniləndi. Cangüdənlər 2 qrupa bölündü. Bir qrupu onu evdə və işdə qoruyur, digəri isə səfərlərdə müşayiət edirdi. Bağ evində mühafizəçilərdən əlavə bütün hasar boyu səsli həyəcan siqnalı quraşdırılmışdı.

Qorbaçov insanlarla ünsiyyət qurmağı çox sevirdi. Buna görə də cangüdənlərin ayıq-sayıqlığı artmışdı. Bir dəfə Leninin abidəsi önünə gül qoymağa gedən Qorbaçov küçədə elə qələbəliklə qarşılaşıb ki, mühafizəçilər insanları çətinliklə saxlaya biliblər. Qorbaçov da dəfələrlə cangüdənlərinə sayğısız jestləri ilə diqqəti cəlb edib.

Hazırladı: Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*