Baş kəşfiyyatçı: “Noyabrın sonuna qədər Xersonu, gələn il isə Krımı azad edəcəyik”backend

Baş kəşfiyyatçı: "Noyabrın sonuna qədər Xersonu, gələn il isə Krımı azad edəcəyik"

Ukraynanın baş kəşfiyyatçısı Xersonun və Krımın azad ediləcəyi tarixləri açıqlayıb.

KONKRET.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi Kirill Budanov Amerikanın “The Drive” nəşrinə müsahibəsində Xersonun noyabrın sonuna qədər, Krımın isə gələn il ərzində azad olunacağını bildirib.

Budanov hesab edir ki, döyüşə hazır və təlim keçmiş rus bölmələri indi Xersondadır. Buna görə də şəhər üçün qanlı döyüşlərdən qaçmaq olmaz.

Krıma gəlincə, Budanovun sözlərinə görə, Ukrayna gələn il ora nəzarəti bərpa edəcək və bu, hərbi yolla həyata keçiriləcək.

O, həmçinin bildirib ki, gələn ilin əvvəlində Rusiya Ukraynaya qarşı İranın “Fateh-110” və “Zolfqar” qısa mənzilli ballistik raketlərindən istifadə edə bilər. Budanovun sözlərinə görə, bu, ciddi təhlükədir, çünki onlar kifayət qədər yüksək dəqiqliyi və sürəti ilə seçilir. Bu keyfiyyətlər döyüş şəraitində sübut olunub”.

Bundan əvvəl Xerson vilayət administrasiyası rəhbərinin müavini Kirill Stremousov bildirib ki, Ukrayna silahlı birləşmələrinin Xerson vilayətinə genişmiqyaslı hücumu yaxın gələcəkdə başlaya bilər. Onun sözlərinə görə, Ukrayna komandanlığı artıq qoşun və çoxsaylı muzdlular toplayır.

Günel Mikayılova,

KONLRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*