Bayden ailəsinin gəliri AÇIQLANDIbackend

Bayden ailəsinin gəliri AÇIQLANDI

ABŞ Prezidenti Co Bayden və birinci xanım Cil Bayden birgə vergi bəyannaməsini açıqlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, müvafiq bəyanat Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.

Qeyd olunub ki, ailənin illik gəliri 579,500 dollardır, bunun 169,800 dolları 2022-ci ildə federal vergilərə ödənilib.

Hesabatda bildirilib ki, gəlir vergisi dərəcəsi 23,8% təşkil edib.

Bundan əlavə, cütlüyün ailə evi olan Delaverdə 29 min dollardan çox vergi ödənilib.

Məlumata görə, prezident və birinci xanım təxminən 20,2 min dollar (gəlirinin 3,5%-i) xeyriyyə işlərinə bağışlayıb. İanələr 20 xeyriyyə təşkilatına göndərilib.

Qeyd edək ki, 2021-ci ildə Bayden ailəsinin illik gəliri 610 min dollar olub.

Bundan əlavə, vitse-prezident Kamala Harris və əri Duqlas Emhoff da vergi bəyannamələrini açıqlayıb. Onların ümumi gəliri 457 min dollar təşkil edib ki, bunun da 93,5 min dollarından çoxu gəlir vergisi kimi ödənilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*