ABŞ prezidenti Co Bayden baş nazir Narendra Modi ilə görüşdə Hindistan himni səsləndirilərkən səhvən əlini ürəyinə qoyub.
KONKRET.az xəbər verir ki, bu barədə The New York Post yazıb.
“Hindistan himni Janaqamananın ilk notları səslənəndə Bayden sağ əlini sinəsinə qoyaraq 15 saniyə orada saxladı. Sonra o, yavaş-yavaş əlini endirib.
Hadisə Modinin qarşılanma mərasimində Ağ Evə gəlişi zamanı baş verib. Hindistan lideri qırmızı xalça və hərbi orkestrlə qarşılanıb.
Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Bayden bildirib ki, ABŞ-Hindistan əməkdaşlığı indi əvvəlkindən daha dinamik inkişaf edir.
