Bayden Konqresdən 25 milyard dollar İSTƏYİRbackend

Bayden Konqresdən 25 milyard dollar İSTƏYİR

ABŞ Prezidenti Co Bayden Konqresdən ən azı 25 milyard dollar məbləğində əlavə maliyyə istəmək niyyətindədir.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunub ki, vəsait digər məsələlərlə yanaşı, Ukraynaya hərbi dəstəyə yönəldiləcək, bu da Nümayəndələr Palatasına nəzarət edən respublikaçılarla əlavə fikir ayrılıqlarına səbəb ola bilər.

Nəşrin yazdığına görə, tələb olunan məbləğin 12 milyard dolları təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına yönəldiləcək. Qalan 13 milyard dollar müdafiə sektoruna, o cümlədən Ukraynaya yardıma ayrılacaq.

Xatırladaq ki, 2023-cü ilin yanvarında respublikaçılar Co Baydenə və Pentaqonun rəhbəri Lloyd Ostinə məktub göndərərək Ukraynaya hərbi yardımın verilməsi qərarının izahını tələb edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*