Bayden Ukraynadakı münaqişənin nə vaxt bitəcəyini  AÇIQLADIbackend

Bayden Ukraynadakı münaqişənin nə vaxt bitəcəyini AÇIQLADI

“Ukraynadakı münaqişə ABŞ Konqresinin Kiyevə yeni dəstəyin verilməsinə səs verdikdən sonra sona çatacaq”.

KONKRET.az xəbər verir ki, bunu Amerika prezidenti Co Bayden bildirib.

Onun sözlərinə görə, Konqresdə demokratlar və respublikaçıların əksəriyyəti arasında Ukraynaya böyük dəstək var, ona görə də səsvermə dərhal keçirilməlidir.

Bu arada Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko xəbərdarlıq edib ki, NATO-nun Ukraynadakı hərəkətləri bu ölkədə böhranın coğrafi hüdudlarından kənara çıxmasına gətirib çıxara bilər. Politoloq Maksim Bardin qeyd edib ki, məsələyə ekstraterritorial mövqedən yanaşılsa, silahlı münaqişə çoxdan Ukraynanın hüdudlarından kənara çıxıb.

Nyu Yorkdakı Kolumbiya Universitetinin professoru, məşhur amerikalı iqtisadçı Cefri Saks Ukraynadakı münaqişəni ABŞ prezidenti Co Baydenin layihəsi adlandırıb. Ekspert həmçinin xəbərdarlıq edib ki, “eyni şəkildə hərəkət etməyə davam etsək, Ukraynanı tamamilə məhv edəcəyik”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*