Bədən formasını qorumaq üçün ana olmaqdan imtina etməyə dəyərmi? – Şok sorğubackend

Bədən formasını qorumaq üçün ana olmaqdan imtina etməyə dəyərmi? - Şok sorğu

Tez tez rast gəlinən haldır, xanımlar formalarınının korlanmaması üçün uşaq doğuşundan qaçırlar. Onlara elə gəlir ki, doğuşdan sonra onların forması eybəcər hala düşəcək. Ancaq bu narahatlığın elə də ciddi əsası yoxdur. Gordüyünüz fotodakı şəkillər doğuş etməmiş orta yaşlı məhşurlara aiddir.

Deyə bilmərik ki, onlar pis görünürlər, ancaq gəlin nəzərə alaq ki, onlar dünya ulduzlarıdır və forma və sağlamlıqlarını qorumaq üçün həddindən artıq çox imkanları var. Ancaq bütün bu imkanlara rəğmən deyə bilmərik ki, onların həmyaşıdlarından elə də ciddi üstünlükləri var. Acımasız ətalət qanunu onların da yanına gəlib çatıb və öz gücünü göstərib. Əgər bu ulduzların həmyaşıdları üzərində hər hansı bir üstünlüyü var idisə, o gənclik illərində idi, zaman və yaş öz sözünü dedi və bu üstünlük də zamanla demək olar ki, yoxa çıxdı.

Bu fikirlər mənə bu yaxınlarda Amerikada müxtəlif sosial qruplar arasında aparılan sorğunu xatırlatdı. London Araşdırmalar Mərkəzinin professoru Pol Dolanın da gəldiyi nəticə coxunun marağına səbəb olub. Belə ki, professor belə düşünür ki, uşağı olmayan xanımlar istənilən cəmiyyətdə ən xoşbəxt insanlar qrupuna aiddirlər. Çünki onlar incə məxluqların arasında ən yüksək xoşbəxtlik şkalasına malikdirlər. Ekspert bunu evlilik və uşaqların gətirdiyi problemlərin olmaması ilə əlaqələndirir. Kim bilir, əgər orta yaşlı qadınlar arasında sorğu keçirilsə, hansı nəticə ortaya çıxar?!

 

Fikir verdinizmi, doğuş etmiş və etməyən xanımların formasına? Məgər dəyərmi, bu fərqə görə, ana olmaqdan imtina etməyə?

 

Leyla Şirməmmədova,

Konkret.az

 

 

Bir cavab yazın