Birləşmiş Ərəb Əmirliklərinin Ras əl-Xaymə əmirliyindəki Yeni il atəşfəşanlığı 2 kateqoriya üzrə “Ginnesin rekordlar kitabı”na düşüb.
KONKRET.az xəbər verir ki, bunlar suda və səmada ən uzun atəşfəşanlıq xətti olmaqla eyni anda iki kateqoriyanı əhatə edir.
Şou Əl Mərcan süni arxipelaqı ilə Əl Hamra ərazisi arasındakı 4,5 km uzunluğunda sahil zolağında baş tutub. Mərasimdə su üzərində quraşdırılan atəşfəşanlıqdan əlavə, mindən çox pirotexniki və LED dronları, eləcə də akrobatik manevrlər yerinə yetirən yüngül təyyarələr iştirak edib.
Tədbir zamanı pilotsuz təyyarələr havada əsas komponentləri səhra, Fars körfəzi sahilləri və Həcər dağları olan Ras əl-Xaymənin xarakterik təbii landşaftına istinad edən fiqurlar nümayiş etdirib. Yeni il şousu üçün xüsusi olaraq yazılmış musiqi parçaları ilə pilotsuz təyyarələrin hərəkətləri ahəngdar olub.
Səkkiz dəqiqəlik tamaşanı 50 minə yaxın insan izləyib.
Burhan,
KONKRET.az

B. B.ƏMİRLİKLƏRİ TƏYYARƏ AVTOMOBİL İSTEHSAL EDİB REKORD QIRSIN. FƏLƏSTİNİ QIRIRLAR GÜCÜNÜ ORDA GÖSTƏRSN.
ATƏŞFƏŞANLIQDA YOX.