Fransanın Müdafiə Nazirliyi Telegram messencerinin həmtəsisçisi Pavel Durovun Parisdə saxlanmasından sonra Birləşmiş Ərəb Əmirliklərinin Fransaya məxsus 80 ədəd “Rafale” qırıcı təyyarəsini almaqdan imtina etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
KONKRET.az xəbər verir ki, bu barədə BFMTV kanalına idarədəki mənbə məlumat verib.
Bundan əvvəl Telegram kanalları və sosial şəbəkələrdəki hesablar bəzi KİV-lərlə, o cümlədən xarici KİV-lərlə birlikdə BƏƏ-nin Əmirlik vətəndaşlığı olan Durovun həbsi ilə əlaqədar 80 fransız qırıcısının alınmasına dair müqavilənin icrasını birtərəfli qaydada dayandırdığı barədə məlumat yaymışdı.
Mövzu ilə bağlı X-də (keçmiş Twitter) yazılar milyonlarla baxış toplayıb. Həmçinin, internetdə Əl-Cəzirə telekanalının “BƏƏ-nin baş naziri”nin təşəbbüsü ilə Əbu-Dabi ilə Paris arasında müqavilənin dayandırılmasına həsr etdiyi iddia edilən reportajın uydurma videosu yayılıb, çünki sonuncunun oğlu
Durovla sıx bağlıdır.
BFMTV-nin qeyd etdiyi kimi, BƏƏ heç vaxt belə informasiya yaymayıb.
Tərəflər 2021-ci ilin dekabr ayının əvvəlində Fransanın “Dassault Aviation” şirkətindən 80 ədəd Rafale F4 çoxməqsədli qırıcıları, həmçinin 12 ədəd EC725 Caracal çoxməqsədli helikopterlərini Əmirliklərə tədarük etmək barədə razılığa gəliblər.
Fransa prezidenti Emmanuel Makronun sözlərinə görə, bu müqavilə onun ölkəsi üçün tarixdə ən böyük müdafiə müqaviləsi olub. BFMTV vurğulayıb ki, tədarüklər 2027-ci ildə başlamalıdır.
Günel Mikayılova,
KONKRET.az