Belarus prezidenti Lukaşenko özünə buqələmun aldıbackend

Belarus prezidenti Lukaşenko özünə buqələmun aldı

Belarus prezidenti Aleksandr Lukaşenko özünə buqələmun alıb. 

KONKRET.az xəbər verir ki, bu barədə Pul First Telegram kanalı məlumat yayıb. Prezident buqələmunu Jorik adlandırıb.

Gündəmə qeyri-adi, sensurasız siyasi açıqlamaları ilə gələn prezidentin buqələmun alması xəbəri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər vurğulayıblar ki, Lukaşenko Qərb siyasətçilərini Belarusa münasibətdə buqələmun adlandırıb. Və sonradan onun bu heyvana olan marağı artıb. Amma əksini düşünənlər də var. Belarus prezidentini Ukraynaya qarşı fikirlərində qeyri-sabit adlandıranlar bəzən onu mövqeyini tez dəyişən siyasətçi kimi qələmə verirlər.

Qeyd edək ki, əvvəllər Lukaşenko Rusiyanın Ukraynaya müdaxiləsini hərbi əməliyyatlar kimi qələmə verirdi. Son zamanlar isə bu əməliyyatları Rusiya-Ukrayna müharibəsi kimi təqdim edir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*