Belçika Alibaba-nın Avropadakı logistika mərkəzində araşdırma aparırbackend

Belçika Alibaba-nın Avropadakı logistika mərkəzində araşdırma aparır

Belçika kəşfiyyatı Alibaba-nın Avropadakı logistika mərkəzini casusluq iddiası ilə bağlı araşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə Belçikanın dövlət təhlükəsizlik xidməti VSSE CNN-ə bildirib.

Məlumata görə, Liege yük hava limanında Alibaba-nın (BABA) Cainiao logistika bölməsinin fəaliyyəti izlənir.

VSSE bildirib ki, hər bir Çin şirkəti qanunla tələb əsasında Çin təhlükəsizlik orqanlarına məlumat təqdim etməlidir ki, bu da onların “məlumatlardan qeyri-kommersiya məqsədləri üçün istifadə etmək niyyəti və qabiliyyətinə” malik olduğunu göstərir.

“Biz Alibaba da daxil olmaqla Çin qurumları tərəfindən həyata keçirilən potensial casusluğu və ya müdaxiləni müəyyən edir və onunla mübarizə aparırıq”, – VSSE-nin bəyanatında bildirilir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*