Burdur şəhərinin Yeşilova qəsəbəsinin bələdiyyə sədri Mümtaz Şenelin evinə gecə silahlı basqın edilib.
KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində M.Şenel və xanımı yaralanıb.
Bələdiyyə sədri və xanımının vəziyyətinin yaxşı olduğu bildirilib.
Basqını edənlərin kimliyi isə hələ də müəyyənləşməyib.
Qeyd edək ki, Mümtaz Şenel Türkiyənin Cümhuriyyət Xalq Partiyasının üzvüdür.

Mümtaz Şenel
