Rusiyanın Belqorod şəhəri yaxınlığında İl-76 hərbi təyyarəsinin qəzaya uğradığı yerdə idarə olunan raketin qalıqları tapılıb.
KONKRET.az TASS-a istinadən xəbərinə görə, ərazidə təyyarənin metal konstruksiyalarının axtarışı aparılır. Hadisə yerindən tapılan raket qalıqları ekspertizaya göndərilib.
Xatırladaq ki, yanvarın 24-də səhər saatlarında Belqoroda uçan təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 65 ukraynalı əsirin olduğu bildirilir.
Vəli Həsənov,
KONKRET.az
