Benzemanı vətəndaşlıq və “Qızıl top”dan məhrum etməyə çağırdılarbackend

Benzemanı vətəndaşlıq və “Qızıl top”dan məhrum etməyə çağırdılar

Marsel şəhərinin vitse-meri Valeri Boyer millinin hücumçusu Kerim Benzemanı Fransa vətəndaşlığından və “Qızıl top”dan məhrum etməyə çağırıb.

KONKRET.az xəbər verir ki, Valeri Boyer bu haqda X sosial şəbəkəsində yazıb.

“Biz ikili vətəndaşlığı olan dünyaca məşhur bir fransızın ölkəmizi bu şəkildə biabır və hətta xəyanət edə bilməsini qəbul edə bilmərik”, – Boyer bildirib.

Xatırladaq ki, oktyabrın 18-də Fransanın daxili işlər naziri Gerald Darmanin Benzemanı terror təşkilatı ilə əlaqədə olmaqda ittiham edib.

Qeyd edək ki, futbolçu İsraillə hərbi münaqişənin fonunda Fələstin xalqına dəstəyini ifadə edib. O, X sosial şəbəkəsində bombardmandan zərər çəkmiş Qəzza xalqı üçün dua etdiyini yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*