Bərdədə yas mərasimi keçirilən evin döşəməsi çöküb, 23 nəfər xəsarət alıb, ölən var – YENİLƏNDİbackend

Bərdədə yas mərasimi keçirilən evin döşəməsi çöküb, 23 nəfər xəsarət alıb, ölən var - YENİLƏNDİ

TƏBİB Bərdə rayonunda baş verən hadisədə xəsarət alan vətəndaşlarla bağlı məlumat açıqlayıb.

TƏBİB-dən bildirilib ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib.

1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Digər şəxslərin ümumi müayinələri davam etdirilir.

KONKRET.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alaraq xəstəxanada ölən şəxs 1958-ci il təvəllüdlü Məmmədova Sarıtrel Abbasəli qızıdır.

***

14:08

Bərdədə yas mərasimi keçirilən ev uçub.

Hadisə rayonun Yeni Daşkənd kəndində qeydə alınıb. Kənd ərazisində ikimərtəbəli fərdi yaşayış evində yas mərasimi keçrilən zaman ev anidən çöküb. Hadisə nəticəsində 10-dan çox şəxsin xəsaeət aldığı bildirilir.

Onlar Bərdə mərkəzi rayon xəstəxanasına yerləşdirilib./APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*