Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar varbackend

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, 3 daha nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, Qarabağ bürosunun xəbərinə görə, hadisə Alpout kəndində qeydə alınıb.

“VAZ-2109” və “Saipa” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər; 1985-ci il təvəllüdlü Mahmudov Elnur Nurəddin oğlu, 1996-cı il təvəllüdlü Məmmədiyəyeva Zemfira Vaqif qızı, 1974-cü il təvəllüdlü Abbasov Xələf Həsənağa oğlu və 1989-cu il təvəllüdlü Məmmədiyəyev Aydin Akif oglu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, A.Məmmədiyəyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.\\report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*