Beş ölkə BRİKS-ə ÜZV OLACAQbackend

Beş ölkə BRİKS-ə ÜZV OLACAQ

Argentina, Misir, İran, BƏƏ və Səudiyyə Ərəbistanı BRİKS assosiasiyasına (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) üzv olacaq.

KONKRET.az xəbər verir ki, bunu Braziliyanın UOL portalının Cenevrə müxbiri Cəmil Şad deyib.

Jurnalistin fikrincə, əsas seçim meyarlarından biri coğrafi amil olub ki, bu da assosiasiya daxilində regional tarazlığı təmin edir.

Şadın sözlərinə görə, bu prinsipə uyğun olaraq bloka daha bir Afrika ölkəsinin qoşulması nəzərdən keçirilir.

Bundan əlavə, Braziliya hökuməti gələcəkdə İndoneziyanı ittifaqın bir hissəsi kimi görmək istəyir, lakin Cakarta hələ BRİKS-ə qoşulmağa hazır deyil.

Qeyd edək ki, BRİKS sammiti avqustun 22-dən 24-dək Yohannesburqda keçirilir.

Bundan əvvəl Cənubi Afrika Respublikasının xarici işlər naziri Naledi Pandor bildirib ki, BRİKS ölkələrinin liderləri assosiasiyaya yeni üzvlərin qəbulu prinsiplərini əks etdirən sənəd üzərində razılığa gəliblər. Ümumilikdə 22 ölkə BRİKS-ə üzv olmaq üçün müraciət edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*