Bilal Əliyev: “Milli Məclisdə olmaq istəmirəm, çünki…”backend

Bilal Əliyev: “Milli Məclisdə olmaq istəmirəm, çünki...”

“Milli Məclisdə olmaq istəmirəm, çünki mən səsimlə, ağlımla xalqıma belə xidmət etmək istəyirəm. Mənim üçün belə xoşdur. Xalqıma bu cür daha rahat xidmət edirəm”.

KONKRET.az xəbər verir ki, bu sözləri açıqlamasında Xalq artisti Bilal Əliyev deyib.

“Əlbəttə, Milli Məclisdə mədəniyyət işçilərindən də nümayəndə olsa, yaxşı olar. Sənət aləmindən, mədəniyyət işçilərindən kimlər Milli Məclisdə öz yerini almaq, millət vəkili olmaq istəyirsə, onların hər birinə uğurlar arzu edirəm. Qarşıdan gələn parlament seçkilərində bütün Milli Məclis üzvlərinə uğurlar arzu edirəm. Kimlər Milli Məclisdə millət vəkili olmaq istəyirsə, Allah hamısını qorusun. Layiqli insanlar öz yerlərini tutsunlar”, – o bildirib. (Pravda.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*