Ermənistanda müxalif “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Çarukyanın deputat toxunulmazlığının ləğvi məsələsi gündəmə gəlib.
KONKRET.az xəbər verir ki, Ermənistanın Baş Prokurorluğu bu barədə müvafiq müraciəti Mərkəzi Seçki Komissiyasına (MSK) göndərib. Hazırda vəsatətin konkret səbəbləri və cinayət işinin təfərrüatları ictimaiyyətə açıqlanmır.
Qeyd edək ki, Qaqik Çarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası son parlament seçkilərində 3,9893% səs toplayaraq, 4%-lik keçid həddini aşa bilməyib və parlamentdən kənarda qalıb.
Natiq Səlim,
KONKRET.az
