Binalara istilik nə vaxtdan veriləcək? – AÇIQLAMAbackend

Binalara istilik nə vaxtdan veriləcək? – AÇIQLAMA

Havaların kəskin dəyişməsi ilə əlaqədar  binalara istiliyin verilməsi məsələsi aktuallaşıb.  “Azəristiliktəchizat” ASC tərəfindən verilən məlumata görə istilik mövsümünün başlanılması dağ rayonlarında 1 noyabr, Bakı şəhəri və digər rayonlarda 15 noyabr tarixindən nəzərdə tutulur.

Qeyd edək ki, ötən illərdə bəzi istiqamətlər üzrə istiliyin göstərilən vaxtdan gec verilməsi ilə bağlı etiraz var idi. Maraqlıdır, bu il belə problemlərin yaranacağı gözlənilirmi? İstiliyin verilməsi prosesinin neçə gün ərzində yekunlaşması nəzərdə tutulub?

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Sfera.az-a açıqlama verən “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı bütün ərazilər üzrə eyni tarixdə istiliyin veriləcəyini deyib:

“Payız-qış mövsümü və sosial digər təyinatlı obyektlərə istilik verilməsi qanunvericiliklə tənzimlənir. Qanunvericilik isə bütün sosial təyinatlı obyektlərə, digər obyektlər və yaşayış binaları ilə eyni vaxtda istilik verilməsi nəzərdə tutulur. Yəni ki, Bakı şəhərində və dağətəyi olmayan ərazilərdə 15 noyabrda, dağlıq rayonlarda isə  yaşayış və qeyri- yaşayış obyektlərinə istilik 1 noyabr tarixində veriləcək”.

Qurum rəsmisi hava durumundan asılı olaraq yeni mexanizmin hazırlana biləcəyini də qeyd edib:

“Əlbəttə, istilik mövsümünün başlanması ilə bağlı mütərrəqi mexanizmlərin işlənməsi gündəmdədir. Ola bilər ki, hava temperaturuna müvafiq olaraq müəyyən mexanizm hazırlana bilər ki, istilik mövsümü həmin mexanizmə əsasən müəyyənləşdirilə bilər. Amma bu, bir az uzunmüddətli layihədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*