Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, yanğına səbəb yüksək gərginlikli elektrik xəttinin keçdiyi dirəyin aşması olub.
Birinci Mədən adlanan ərazisində qeydə alınan hadisə zamanı boş otluq sahə yanıb.
Yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb.
