Əsrlər boyu insanlar göydəki hər şeyin Yer kürəsinin ətrafında fırlandığına inanırdılar. Lakin İsaq Nyuton bu köklü düşüncəni sarsıdan cəsarətli bir fikir irəli sürdü: Yer mərkəzdə deyildi.
KONKRET.az xəbər verir ki, onun fikrincə, sistemin mərkəzində Günəş dayanır, Yer və digər planetlər isə onun ətrafında dövr edirdi.
Ancaq bu yeni anlayış daha böyük bir sualı ortaya çıxardı: Əgər planetlər kosmos boşluğunda hərəkət edirlərsə, onları Günəşin ətrafında saxlayan nədir?
O, bu sualın cavabını axtardı. Və hərəkət qanunlarını ortaya qoyarkən göstərdi ki, bir cismin üzərinə xaricdən qüvvə təsir etmədikcə, o öz vəziyyətini qoruyub saxlayır. Lakin planetlər daim istiqamətlərini dəyişir, Günəşin ətrafında fasiləsiz dövr edirdilər. Deməli, onlara təsir edən görünməz bir qüvvə mövcud idi.
Nyutonun dahiliyi məhz burada özünü göstərdi. O, yerə düşən alma ilə göydə hərəkət edən planetlərin əslində eyni qanuna tabe olduğunu dərk etdi. Almanı yerə çəkən qüvvə nə idisə, planetləri də Günəşin ətrafında saxlayan həmin qüvvə idi: cazibə qüvvəsi.
Beləliklə, bəşəriyyət ilk dəfə olaraq yer üzündə baş verən adi bir hadisə ilə kainatın ən böyük hərəkətləri arasında görünməz bir əlaqənin olduğunu anladı. Bir almanın yerə düşməsi, göylərin səssiz nizamını izah edən açara çevrilmişdi.
Rəsmiyyə Şərifova,
KONKRET.az
