Bişkekdə ictimai nəqliyyat dayandırılacaq – Koronavirusa görəbackend

Bişkekdə ictimai nəqliyyat dayandırılacaq - Koronavirusa görə

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Martın 22-dən etibarən Bişkekdə ictimai nəqliyyat dayandırılacaq.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, avtobuslar, trolleybuslar və mikroavtobusların hərəkətinə qadağalar qoyulacaq.

Belə bir qərar Təhlükəsizlik Şurasının Qırğızıstanda koronavirusun yayılması ilə mübarizə üçün fövqəladə vəziyyət tətbiq edilməsi barədə tövsiyəsindən sonra verilib.

Respublika Əməliyyat Qərargahının rəhbəri Kubatbek Boronovun sözlərinə görə, martın 22-dən 1 ay müddətinə belə bir rejimin tətbiqi təklif olunur. Bununla əlaqədar olaraq, yerli hakimiyyət orqanlarına seçkilərin aprelin 12-nə təxirə salınması da planlaşdırılır. Fövqəladə hallarla bağlı qərar hökumət tərəfindən qəbul edilməlidir.

Martın 21-nə olan məlumata görə, Qırğızıstanda 12 yoluxma hadisəsi qeydə alınıb.

Qeyd edək ki, artıq Karakolda ticarət pavilyonları və bazar bağlanıb, ictimai nəqliyyat da orada dayandırılıb.

Bütün təhsil müəssisələri aprelin 8-dək bağlıdır. Təhsil Nazirliyi sonrakı araşdırmaların uzaqdan davam etdirilməsini də istisna etmir. Ölkədə 50-dən çox insanın iştirakı ilə kütləvi tədbirlərə məhdudiyyətlər qoyulub, qaydanı pozanlar isə cərimə ilə təhdid edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*