Bişkekdə MDB XİN başçılarının Şurası işinə başladıbackend

Bişkekdə MDB XİN başçılarının Şurası işinə başladı

Qırğız Respublikasının paytaxtı Bişkekdə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurası öz işinə başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) “X” sosial şəbəkəsində məlumat yayıb.

Xarici işlər nazirləri MDB-nin əməkdaşlıq gündəliyində əsas yer tutan, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasında iştirak edir. C.Bayramov Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayevlə görüşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*