“Biz Azərbaycanın 5 tələbinin yerinə yetiriləcəyini bilirdik və bu, baş verdi” – Akopyanbackend

"Biz Azərbaycanın 5 tələbinin yerinə yetiriləcəyini bilirdik və bu, baş verdi" - Akopyan

“İndi “120 min” erməninin taleyi necə olacaq?”.

KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumun “deputat”ı Metaxe Akopyan erməni mediasına müsahibəsində deyib. Onun sözlərinə görə, Azərbaycanın bu addımı gözlənilən idi.

“Əslində, bu, gözlənilən idi. Dəhlizdə nəzarət-buraxılış məntəqəsi qurulan an aydın idi ki, tezliklə azərbaycanlılar ərazini tərk edəcəklər. Biz bilirdik ki, “Arsax” tərəfi Ermənistan hakimiyyətinin köməyi ilə Azərbaycanın bütün beş tələbini yerinə yetirəcək. Və belə də oldu.

İndiki mərhələdə istədiklərini artıq alıblar və yeni tələblərlə gələnə qədər müvəqqəti fasilə veriblər. Və mütləq yeni tələblər olacaq”, – deyə Akopyan bildirib.

Akopyanın sözlərinə görə, hər saniyə yol açıla bilərdi ki, 21-ci əsrdə biz Türkiyə bayrağı altından keçək.

“Bu gün artıq “Arsax”da imza toplanması gedir. Bu iki gündə siz xalqımızın məqsədini və iradəsini görəcəksiniz. Artıq insanlar Qarabağı tərk etmək istəmirlər. Onlar başa düşür ki, Qarabağı indi tərk etmək “vətən”ə xəyanət olardı”, – Akopyan deyib.

Onun sözlərinə görə, reallıq Qarabağ ermənilərinin keçid məntəqəsindən və ya işarəsindən keçəndə görünəcək.

“Azərbaycan bayrağını görməyə hər kəs dözə bilməz. Çox ağır bir şeydir. Biz çox danışmışıq ki, iki variant var. Ya birləşərək o keçid məntəqəsindən keçməyəcəyimizi bəyan etməliyik,ya da heç bir halda mübarizəmizi dayandırmamalı olduğumuzu qəbul etməliyik. Birinci variant mənim üçün məqbuldur. Çünki mən özüm o keçid məntəqəsindən keçməyəcəyəm. İndi biz “120 min”lə qərar verməliyik, amma mən bu qərarı qəbul etməyə nə dərəcədə hazır olduğumuzu bilmirəm”,- deyə Akopyan çərənləyib.

Xuraman Etibarlı,

KONKRET.az

  • Vuqar
    Aprel 30, 2023 - 18:52

    Qarabağda neçə min erməninin yaşadığı hamıya bəlli ola-ola niyə bu bayquşlar 120 mindən tutublar buraxmırlar? Məgər biz bunu bütün dünyaya göstərib orada həqiqətən nə qədər diganin yaşadığını onlara anlada bilmərik?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*