“Bizi vəhşi, ayı tayfalarınızla qarışdırmayın”.
KONKRET.az xəbər verir ki, son günlər Ermənistan parlamentinin spikeri Alen Simonyan Facebook səhifəsində məşhur şairlərin əsərlərindən sitat gətirərək bəzi sualları cavablandırır.
Simonyanın ən son paylaşdığı şeir Vaan Teryanın “Bizi vəhşi, ayı tayfalarına qarışdırma” şeiridir.
Erməni istifadəçilər hesab edirlər ki, Alen Simonyan şeirdən sitat gətirməklə hansısa mesajı kiməsə çatdırır. Onun budəfəki hədəfi Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodindir.
Xatırladırıq ki, Volodin bu günlərdə Moskvada Azərbaycan Milli Məclisinin sədri ilə görüşdə deyib: “Avropa Parlamenti və AŞPA-nın Qarabağ münaqişəsinin həlli prosesinə cəlb olunması yeni problemlər yaradacaq. Avropa qurumları istiqamətində bəyanatlar verən o fiqurlar ölkəni asanlıqla itirə bilər”.
Alen Simonyanın Vyaçeslav Volodinə belə cavab verib:
“Bizi vəhşi, ayı tayfalarınızla qarışdırmayın”.

Xuraman Etibarlı,
KONKRET.az
