Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ukraynadan müharibə aləti kimi istifadənin dayandırılmasında maraqlı olan hər kəsi dinləməyə hazır olacaqlarını deyib.
KONKRET.az bildirir ki, o bu sözləri CBS telekanalına müsahibəsində söyləyib.
Lavrov, həmçinin, prezident Vladimir Putinin sülh danışıqlarının əleyhinə olduğuna dair iddiaları təkzib edib:
“ABŞ Dövlət Katibi Antoni Blinken bunu bir neçə gün əvvəl Davosda demişdi. Bu iddia həqiqəti əks etdirmir. Rusiya hər zaman ciddi təklifləri müzakirə etməyə açıqdır”.
Nazirin sözlərinə görə, Rusiya 2007 və ya 2008-ci illərdən bəri qərbli tərəfdaşlarına xəbərdarlıq edir:
“Qərb özünü tamamilə gözdən salıb. Xəbərdarlıqlara baxmayaraq, NATO beş genişlənmə dalğası həyata keçirib. 2021-ci ilin sonunda isə o, özünü Rusiya Federasiyasının sərhədlərində tapıb”.
Fatimə Lətif,
KONKRET.az
