Bloomberg: Türkiyə Kosovodakı NATO qüvvələrinə komandanlıq edəcəkbackend

Bloomberg: Türkiyə Kosovodakı NATO qüvvələrinə komandanlıq edəcək

Türkiyə payızda planlaşdırılan rotasiya çərçivəsində Kosovoda NATO-nun rəhbərlik etdiyi sülhməramlı qüvvələrin komandanlığını öz üzərinə götürəcək.

KONKRET.az xəbər verir ki, bu barədə cümə axşamı Bloomberg Türkiyə rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilib ki, oktyabrda NATO qüvvələrinin rəhbərliyi İtaliyadan alyansda ABŞ-dan sonra ikinci ən böyük orduya malik Türkiyəyə keçəcək. Təhvil-təslim Kosovonun şimalında baş verən son zorakılıqdan çox əvvəl planlaşdırılıb.

Hələlik Türkiyənin namizədliyi rəsmən təsdiqlənməyib. Çərşənbə günü Türkiyə Müdafiə Nazirliyindən bildirib ki, ölkə bir neçə gün əvvəl NATO-nun tələb etdiyi xüsusi təyinatlı bir batalyonun Kosovoya təhvil verilməsini başa çatdırıb.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*