Rusiyaya səfər öncəsi Paşinyandan diqqətçəkən açıqlama: Görün hansı mesajları verdi…backend

Rusiyaya səfər öncəsi Paşinyandan diqqətçəkən açıqlama: Görün hansı mesajları verdi...

Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkənin dəmir yollarının yalnız milli maraqlara xidmət etməli olduğu ilə bağlı açıqlaması İrəvan-Moskva münasibətlərinin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bəs bu bəyanat Ermənistanın Rusiyaya münasibətdə yeni mövqeyinin göstəricisidir, yoxsa qarşıdakı danışıqlar öncəsi verilmiş siyasi mesajdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Paşinyanın bu çıxışı ilk növbədə yaxın günlərdə Rusiyaya planlaşdırılan səfəri fonunda qiymətləndirilməlidir.

Əziz Əlibəyli: “Seçki milli təhlükəsizlik məsələsidir”

“Paşinyanın yaxın günlərdə Rusiyaya səfəri gözlənilir. Bu səfər çərçivəsində İrəvan müəyyən üstünlüklər qazanmağa çalışır. Lakin bunun nə dərəcədə mümkün olacağını zaman göstərəcək.

Rusiya tranzit dəhlizinin keçdiyi məntəqələrin məhz öz nəzarətində olmasını istəyir. Bu isə Ermənistanın təhlükəsizliyi baxımından ciddi risklər yarada bilər. İrəvan bu məsələdə ehtiyatlı davranmağa çalışır.”

Əziz Əlibəylinin fikrincə, Paşinyanın səsləndirdiyi bəyanat danışıqlardan əvvəl mövqenin nümayiş etdirilməsi məqsədi daşıyır və bu, diplomatik praktikada normal hesab olunur.
“Danışıqlar masası arxasına əyləşməzdən əvvəl belə mesajların verilməsi təbiidir. Bu, tərəflərin ilkin mövqelərini ortaya qoyması və danışıqlarda əlini gücləndirmək cəhdi kimi qiymətləndirilə bilər.”

Siyasi şərhçinin qənaətinə görə, Paşinyanın açıqlaması Ermənistanın milli maraqları ön plana çıxarmaq istədiyini göstərsə də, Moskva ilə aparılacaq danışıqların nəticəsi İrəvanın bu mövqeyi nə dərəcədə qoruya biləcəyini müəyyən edəcək.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*