BMT Əfqanıstandan ÇIXIRbackend

BMT Əfqanıstandan ÇIXIR

“Birləşmiş Millətlər Təşkilatı (BMT) bu ilin may ayında bütün layihələrini məhdudlaşdırmağa və əcnəbi personalı Əfqanıstandan çıxarmağa hazırdır”.

KONKRET.az xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının (UNDP) rəhbəri Axim Ştayner “Associated Press” agentliyinə bildirib.

Onun sözlərinə görə, təşkilatın nümayəndələri ötən gün qəbul edilmiş fərmanın ləğvi üçün Əfqanıstan hökuməti ilə danışıqlar aparır.

O bildirib ki, “Taliban” qadınların BMT-nin missiyasında işləməsini qadağan edib. Təşkilatda çalışan 3300 əfqan – 2700 kişi və 600 qadın aprelin 12-də evdə qalıb, lakin onlar işlərini görməkdə və maaşlarını almaqda davam edirlər.

Ştayner qeyd edib ki, təşkilat yerli qadınların iştirakı olmadan Əfqanıstanda bütün vəzifələrin öhdəsindən gələ bilməyəcək.

Xatırladaq ki, 2022-ci ilin sentyabrından Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Missiyasına Qırğızıstanın eks-prezidenti Roza Otunbayeva rəhbərlik edir.

O, 2010-2011-ci illərdə Qırğızıstanın prezidenti olub.

Roza Otunbayeva və Əmir Xan Müttəki

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*