BMT Təhlükəsizlik Şurası İsrail və Qəzza zolağı arasında gedən müharibə fonunda bağlı qapılar arxasında təcili iclas keçirdi, lakin birgə bəyanat üçün lazım olan yekdilliyə nail ola bilmədi .
KONKRET.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
ABŞ şuranın 15 üzvünü HƏMAS-ı şiddətlə qınamağa çağırıb.
“Həmas hücumlarını qınayan bir çox ölkə var. Aydındır ki, hamı deyil”, – deyə yüksək səviyyəli amerikalı diplomat Robert Vud bildirib.
İclas təxminən 90 dəqiqə davam edib və BMT-nin Yaxın Şərq Sülh Elçisi Thor Wenneslandın brifinqi dinlənilib.
“Mənim mesajım dərhal döyüşləri dayandırmaq və Təhlükəsizlik Şurasının onilliklər ərzində danışdığı kimi, atəşkəsə və mənalı danışıqlara keçmək idi”, – Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya deyib.
Ariz Həsənoğlu,
KONKRET.az
