BMT Zəngəzurda ofis, İran isə konsulluq açacaqbackend

BMT Zəngəzurda ofis, İran isə konsulluq açacaq

BMT tezliklə Ermənistanın Zəngəzur bölgəsində ofis açacaq.

KONKRET.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Zəngəzur vilayətinin qubernatoru Robert Qukasyan mətbuat konfransında danışıb.

O, qeyd edib ki, BMT-nin Ümumdünya Ərzaq Proqramı ilə 4 milyon dollarlıq müqavilələr imzalanıb, hazırda strukturun nümayəndəsi regional administrasiyada işləyir: “Tezliklə Ümumdünya Ərzaq Proqramının Zəngəzurda ofisi açılacaq. Bununla bağlı əməkdaşlıq memorandumları artıq imzalanıb”.

Qukasyan Ermənistanın cənub qonşusu İranın Zəngəzurda konsulluq açmağı planlaşdırdığını da bildirib.

Zəngəzurda xarici diplomatların fəaliyyətini şərh edən qubernator vurğulayıb ki, müxtəlif tərəfdaşlarla, o cümlədən ABŞ və Aİ-nin iştirakı ilə layihələr həyata keçirilir. Yaxın vaxtlarda Ermənistanda akkreditə olunmuş daha dörd səfir Zəngəzura səfər edəcək.

Regionun rəhbəri qeyd edib ki, yerli hakimiyyət orqanları sosial, iqtisadi və digər proqramların həyata keçirilməsində maraqlı olan bütün ölkələrlə işləməyə hazırdır.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*