“Hava limanlarına, muzeylərə və məktəblərə bomba qoyulması ilə bağlı yalan məlumatlara görə hüquq-mühafizə orqanları tərəfindən iyirmidən çox araşdırma başlayıb”.
KONKRET.az yerli mətbuata istinadən xəbər verir ki, bunu Fransanın ədliyyə naziri Erik Düpon-Moretti deyib.
“Son günlər ölkədə yalançı bomba xəbərləri ictimai yerlərin tez-tez bağlanmasına səbəb olub. Yalan təhdidlərə görə artıq 18 nəfər həbs edilib, 22 nəfərlə bağlı araşdırma aparılır”, – deyə Erik Düpon-Moretti əlavə edib.
Xatırladaq ki, ötən gün Fransanın on səkkiz hava limanı bomba xəbərdarlığınba görə müvəqqəti bağlanıb.
