Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə 7 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.
KONKRET.az xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 2 yük və 5 minik avtomobili Laçından Xankəndi istiqamətinə keçid ediblər. Avtomobillərin içərisində erməniəsilli şəxslər olub. Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən BQXK-ya məxsus avtomobillərin sayı 14-ə çatıb.
10:39
Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 7 nəqliyyat vasitəsi yenidən Laçın yolundan keçib.
KONKRET.az xəbər verir ki, BQXK-ya məxsus 5 minik avtomobili və 2 yük avtomobilinin maneəsiz keçidi üçün şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.
Qeyd edək ki, Qarabağda “Qızılbulaq” və “Dəmirli” faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 77 gündür davam edir.
