Braziliyada etirazlarla bağlı fövqəladə vəziyyət elan edildi – VİDEObackend

Braziliyada etirazlarla bağlı fövqəladə vəziyyət elan edildi - VİDEO

Braziliya Prezidenti Luis İnasio Lula da Silva iğtişaşlar səbəbindən paytaxtda fövqəladə vəziyyət elan edib.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, çıxışı zamanı bildirib.

Prezident vurğulayıb ki, fövqəladə vəziyyət yanvarın sonuna kimi qüvvədə olacaq.

Braziliya lideri ölkədəki iğtişaşlarda iştirak edən “vandallar”ı da cəzalandıracağına söz verib.

Etirazlar zamanı Braziliya Federal Dairəsinin hərbi polisinin helikopterinin nümayişçilərin üzərinə səsli qumbaraları atmağa başladığını əks etdirən video yayılıb. Helikopter onların üzərinə gözyaşardıcı qaz da püskürüb.

Xatırladaq ki, Braziliya hüquq-mühafizə orqanları parlamenti daha əvvəl binaya soxulmuş etirazçılardan azad ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*