“Brent”in qiyməti 50 dollara yaxınlaşırbackend

“Brent”in qiyməti 50 dollara yaxınlaşır

Dünya bazarında “qara qızıl”ın qiyməti bahalaşmağa davam edir.

KONKRET.az xəbər verir ki, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 1,97% bahalaşaraq bir barrelə görə 49,67 dollar olub.

WTI markalı neftin dekabr fyuçerslərinin qiyməti isə 1,69% artaraq bir barrelə görə 46,41 dollara yüksəlib.

Qeyd edək ki, bir sıra mütəxəssislər neft qiymətlərinin 2021-ci ildə əvvəlki səviyyəsinə geri dönəcəyinə dair nikbin proqnozlar veriblər. Mütəxəssislərin fikrincə koronavirus peyvəndi ilə bağlı müsbət inkişaf və OPEC-in istehsal məhdudiyyətini uzatmağa çalışması ilə neft qiymətlərinin 2021-ci ildə yenidən yüksələcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*