Bir saatlıq beyin əməliyyatı insanı tamam dəyişirdi – 90 il əvvəl başlayan qorxunc tibbi üsulbackend

Bir saatlıq beyin əməliyyatı insanı tamam dəyişirdi – 90 il əvvəl başlayan qorxunc tibbi üsul

Tibb tarixinin ən qaranlıq səhifələrindən biri 90 il əvvəl – 1936-cı ilin sentyabrında amerikalı nevroloq Uolter Frimanın ilk lobotomiya əməliyyatını həyata keçirməsi ilə açıldı.

KONKRET.az xəbər verir ki, Frimanın ilk pasiyenti narahatlıq, yuxusuzluq və depressiyadan əziyyət çəkən Elis Hud Hemmett olub.

Əməliyyat təxminən bir saat davam edib. Ertəsi gün Friman pasiyentdən əvvəlki qorxularının qalıb-qalmadığını soruşub. Qadın “yox” cavabını verib. Nədən qorxduğunu soruşduqda isə belə deyib:

— Bilmirəm. Deyəsən, unutmuşam.

Friman onun xəstəxanaya gələndə çox narahat olduğunu xatırladıb və bunun səbəbini soruşub. Hemmett yenə eyni məzmunda cavab verib:

— Bilmirəm. Deyəsən, unutmuşam. İndi bunun artıq əhəmiyyəti yoxdur.

Altı gün sonra qadında müvəqqəti nitq pozuntuları, dezorientasiya və güclü həyəcan müşahidə olunub. Buna baxmayaraq, sonradan o, evə buraxılıb və Friman əməliyyatın nəticəsini uğurlu hesab edib.

Uolter Frimanın öz hesablamalarına görə, karyerası ərzində o, 3439-dan çox lobotomiya əməliyyatında ya birbaşa əməliyyatı həyata keçirən həkim, ya da iştirakçı olub.

Lobotomiya sonradan tibb tarixinin ən mübahisəli və ağır nəticələr doğuran psixiatrik müdaxilələrindən biri kimi tarixə düşüb.\\Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*