Britaniyalı dahi qadın Oksfordu tərk edərək fahişə oldu – FOTObackend

Britaniyalı dahi qadın Oksfordu tərk edərək fahişə oldu - FOTO

Eynşteyndən daha yüksək IQ-ya malik olan britaniyalı qadın Oksfordu tərk edərək fahişəyə çevrilib.

KONKRET.az xəbər verir ki, bu barədə “NEWS.ru” saytı yazıb.

Mənbə qeyd edir ki, 47 yaşlı Melissa Todd 178 ballıq yüksək IQ-yə görə “Britaniyanın beyni” adlandırılıb.
Bu rəqəm Stiven Hokinq və Albert Eynşteyninkindən yüksəkdir.

Qız ailəsində dərhal universitetə və özü də Oksforda qəbul olan ilk şəxs olub.
Burada o, İngiltərənin gələcək Baş naziri Liz Truss ilə birlikdə siyasət və iqtisadiyyatı oxuyub. Amma son illərinin birində Melissa universiteti yarımçıq qoyub rəqqasə kimi işə düzəlib, sonra isə fahişəliklə məşğul olmağa başlayıb.

“Onlar dedilər ki, mən bir gecəyə 600 funt sterlinq qazanacağam və pula çox ehtiyacım var idi. Rəqs etməyi sevirəm, düşündüm ki, niyə də sınamayım?”, deyə o, Britaniya mediasına bildirib.

Melissa vurğulayıb ki, yeniyetmə ikən “bu cür işi” (fahişəliyi nəzərdə tutur) çox bəyənib və nəhayət “öz işini” tapıb.
Britaniyanın ən ağıllı qadını artıq 28 ildir ki, fahişə işləyir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*