Britni Spirs atasını məhkəməyə verdibackend

Britni Spirs atasını məhkəməyə verdi

Amerikalı pop ulduz Britni Spirs atasını məhkəməyə verib.

KONKRET.az xəbər verir ki, müğənni aprelin 27-də məhkəməyə ifadə verəcək. O, atasının öz üzərindəki himayəçi statusunu ləğv etmək niyyətindədir.

Məlumata görə, 2008-ci ildə Britni həyat yoldaşı Kevin Federlinlə ayrıldıqdan sonra ciddi sarsıntı keçirib və psixiatrik xəstəxanada müəlicə alıb. Məhz həmin dövrdə müğənninin atası Ceyms Spirs onun üzərində himayə hüququ alıb.

2019-cu ildə ifaçının meneceri Codi Montqomeri də onun üzərində müvəqqəti himayə hüququ əldə edib. İndi xanım Spirs sonuncuya həmişəlik himayəçi statusu verilməsini, atasının isə bu hüquqdan məhrum olunmasını istəyir.  /Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*