“Brüssel, Vaşinqton və Kiyev yeni zərbə aldı” – “Al Khaleej”backend

"Brüssel, Vaşinqton və Kiyev yeni zərbə aldı” - “Al Khaleej”

Slovakiya parlamentinin rəhbəri Peter Pelleqrininin ölkədə keçirilən prezident seçkilərində qələbəsi Rusiya və Ukrayna üçün fərqli məna kəsb edir.

KONKRET.az xəbər verir ki, bu barədə “Al Khaleej” agentliyi yazıb.

“Rusiya prezidenti Vladimir Putinin Avropada yeni müttəfiqi var: Slovakiyada keçirilən prezident seçkilərində Peter Pelleqrini qalib gəlib. Beləliklə, Brüssel, Vaşinqton və Kiyev yeni zərbə aldı”, – deyə məqalədə vurğulanır.

“İndi Slovakiya Ukraynanın tərəfdaşı olmaqdan çıxıb və Rusiyanın dostu olub”. Materialın müəllifləri xatırladıblar ki, iyul ayına qədər Bratislavanın Kiyevə yardımı 750 milyon dollar təşkil edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*