Bu Avropa ölkəsi miqrantları geri qaytarırbackend

Bu Avropa ölkəsi miqrantları geri qaytarır

Koronavirusla mübarizə həm də Avropanın miqrant problemini arxa plana atıb. Amma qitə ölkələrindən biri fürsətdən istifadə etmək qərarına gəlib.

KONKRET.az xəbər verir ki, “Wall Street Journal” Yunanıstanın miqrantları Türkiyəyə qaytarmağa başladığını yazır. ABŞ qəzetinin yazdığına görə, ən azı 250 əcnəbi zorla sərhəddən keçirilib.

Miqrantların işləri üzrə koordinator Saymon Kempbellin fikrincə, say daha çoxdur, qəzet tam dəqiqləşdirmə apara bilməyib.

Yunanıstan tərəfdən Dimitris Koros heç kimin sərhəddən zorla keçirilmədiyini bildirir. O, Cenevrə razılaşmasının şərtlərinə uyğun davrandıqlarını söyləyir.

Qəzetin yazdığına görə, Türkiyəyə qaytarılanların əksəri Əfqanıstan, Pakistan və Cənubi Afrika Respublikası vətəndaşlarıdır. Miqrantların arasında Suriya və İraq vətəndaşları da var. Miqrantlardan biri – 18 yaşlı əfqan Nadeem Kohastani iddia edir ki, yunan polisi onun qollarını qandallayaraq qaçaqçı qayığında Türkiyəyə tərəf göndərib. Onun sözlərinə görə, polis əlində rəsmi sənəd olanlara belə, məhəl qoymur.

İnsan haqları təşkilatı HRW-nu təmsil edən Nadia Hardman düşünür ki, Yunanıstan dünyanın başının pandemiyaya qarışmasından istifadə edir. Hüqüq müdafiəçisi hələ martda hazırladığı hesabatda miqrantlara işgəncə verildiyini yazmışdı.

Bizimyol.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*