“Bu baş versə, Rusiyanın indiki ərazilər miqyasında dövlət kimi sonu yetişəcək” – İLGİNC AÇIQLAMAbackend

“Bu baş versə, Rusiyanın indiki ərazilər miqyasında dövlət kimi sonu yetişəcək” – İLGİNC AÇIQLAMA

Ukrayna prezidenti Volodimir Zelenskinin işğal altındakı Donbas vilayətini azad edəcəyik fikirləri sosial platformalarda birmənalı qarşılanmayıb. Ukrayna liderinin belə əmin danışması bir çoxlarında ruh yüksəkliyi yaratsa da, bəzi siyasilər bunun real olmadığı qənaətindədirlər.

Bəs görəsən Zelenskinin bu fikirləri nə dərəcədə reallığa uyğundur?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, istənilən işğala məruz qalan ölkənin siyasi rəhbərliyi bu cür fikirlər səslndirməlidir: “Amma qısa zamanda bunun real olacağını düşünmürəm. Çünki Ukrayna təkbaşına Rusiyanı öz ərazilərindən qovmağa qadir deyil. Hər iki dövləti müqayisə etdikdə, bunu anlamaq olur. Amma Rusiya Ukrayna bataqlığında boğulmağa davam edərsə və müharibə uzanarsa, həmçinin  Sovet ordusunun Əfqanıstandakı aqibəti təkrarlanarsa, bu zaman rəsmi Moskva həmin ərazilərdən çıxmağa məcbur qalacaq. Daha sonra isə Rusiyanın dövlət kimi indiki ərazilər miqyasında sonu yetişəcək. Bu, uzaq perspektivə hesablanan proqnozlardır. Bütün bunlar o zaman baş verə bilər ki, Qərb Ukraynanı lazımlı silahlarla təmin etsin və illərə hesablanan partizan savaşı başlasın. Lakin Putin bir günün içində xüsusi hərbi əməliyyatı sonlandırdığını bəyan etsə, o zaman atəşkəs elan olunacaq. Belə olan halda isə, Ukraynanın həmin əraziləri geri qaytarması çətin məsələdir”.

Əhəd Məmmədli: “Bu qətliam Rusiya tarixinə bir qara ləkə kimi düşdü”

Əhəd Məmmədli əlavə edib ki, indiki vəziyyət hökm sürsə, bu zaman Putin döyüşləri rahat şəkildə davam etdirəcək: “Çünki hazırda Rusiyanın iqtisadi-sosial vəziyyəti normaldır, rus xalqının yaşayışı eyni səviyyədədir, az da olsa ərazilər alınıb, üstəlik Putin Ukraynaya döyüşmək üçün etnik rusları deyil,  əsasən tərkibindəki  müsəlman xalqları göndərir. Ona görə də, Rusiya öz-özlüyündə bu müharibənin yükünü hiss etmir. Amma müharibənin acıları rus ailələrinə və analarına gəlib çatsa, o zaman Kreml üçün vəziyyət çox çətin olacaq və Ukraynaya yeni perspektivlər açılacaq”.

Müşviq Tofiqoğlu,

KONKRET.az   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*