Bu gün iki mühüm müqavilə imzalanacaq – Prezidentbackend

Bu gün iki mühüm müqavilə imzalanacaq - Prezident

Azərbaycan Prezidenti İlham Əliyev bu gün iki mühüm müqavilənin imzalanacağını açıqlayıb.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna dair tədbirdə bildirib.

Onun sözlərinə görə, bu gün “Abşeron” yatağının II mərhələsinin işlənməsi üzrə müqavilə imzalanacaq ki, bu da 3-4 ildən sonra Azərbaycanda qaz hasilatını daha 5 milyard kubmetr artıracaq:

“Exxon” şirkəti ilə böyük potensiala malik qeyri-ənənəvi neft və qaz yataqlarının işlənməsi üzrə daha bir müqavilə imzalanacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*