Bu gün yeni restoranının açılışı olacaqdı: faciəvi şəkildə öldübackend

Bu gün yeni restoranının açılışı olacaqdı: faciəvi şəkildə öldü

İsmayıllıda ağır yol qəzası baş verib.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 29-cu kilometrliyində qeydə alınıb.

Hərəkətdə olan “Toyota Land Cruiser” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə, sürücü 41 yaşlı Samir Abdullayev aldığı xəsarətlərdən vəfat edib.

Yaxınlarının bildirdiyinə görə, S.Abdullayev iş adamı olub. O bu gün İsmayıllı rayonu ərazisində yeni restoranının açılışını planlaşdırırmış.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*